Gənclər üçün növbəti psixologiya təlimi

Gənc nəslin şəxsi inkişafına dəstək məqsədilə keçirilən tədbirlərin davamı kimi təlimçi-psixoloq Ayxan Hüseynlinin “Psixoloji atmosfer özünükəşfin açarıdır” adlı təlimi keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində reallaşan təlimdə gənc mədəniyyət işçiləri və könüllülər iştirak ediblər.

Təlimçi özünükəşfin yolları, eqonun insan psixologiyasındakı yeri barədə fikirlər səsləndirib, özgüvən əldə olunması yollarından bəhs edib. Təlim çərçivəsində əyləncəli psixoloji testlər aparılıb, iştirakçıların təəssüratları və fikirləri öyrənilib.  

Gənclərin istedad və bacarıqlarının təkmilləşdirilməsi, yeni karyera istiqamətlərinə yönləndirilməsi, onlarda özünə inam formalaşdırılması istiqamətində atılan addımlar gənc nəslin şəxsi və peşəkar inkişafına hədəflənib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti