Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Xocalı soyqrımından bəhs edən “Ümid işığı” bədii-sənədli filmi nümayiş etdirilib. Məqsəd genosid qurbanlarının xatirəsini yad etmək, gənclərə vətənpərvərlik hissləri aşılamaq və Xocalı həqiqətlərini tərənnüm etməkdir. Filmi izləməzdən öncə iştirakçılar Xocalıdakı dəhşətli qətliamda həyatını itirən soydaşlarımızın, eləcə də Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, AzTV istehsalı olan film Xocalı soyqırımı zamanı Teymur adlı azyaşlının yaşadıqlarından bəhs edir. Sağ qalan insanların helikopterlə təxliyəsi zamanı anası Teymuru Xocalıda unudur. Əlindəki fənər onun ümid işığına çevrilir. Məhz fənər sayəsində 6 yaşlı uşağı xilas etmək mümkün olur. Qisas hissi ilə böyüyən Teymurun Vətən Müharibəsi başlayanda cəbhəyə yollanması, xocalılıların və yaxınlarının qisasını almaq üçün ağır döyüşlərə atılması filmdə obrazlı şəkildə canlandırılır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti