Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində 12 Avqust- Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə birincilik keçirilib.
Nəticələrə əsasən oğlanlar arasında Caner Quliyev birinci, Nihad Abbasov ikinci, Taleh Hüseynli isə üçüncü yerə, qızlar arasında Gülay Əliyeva birinci, Yağmur Hüseynli ikinci, Mədinə Abbasova isə üçüncü yerə sahib çıxıblar. Adıçəkilən idmançılara diplom, medal və hədiyyələr təqdim edilib.
Yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərə qarşı marifləndirmənin gücləndirilməsi, stolüstü tennis idman növünə marağın artırılması olub.