Gənclər və İdman Nazirliyinin kollektivi şəhidlərimizin məzarlarını ziyarət edib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin rəhbərliyi və kollektivin üzvləri bu gün Naxçıvan şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, qəhrəman vətən oğullarının ailələrinə təskinlik verməyə çalışıblar. Şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlıq edilib. Qeyd olunub ki, Vətən uğrunda canından, qanından keçmiş qəhrəmanlarımızın xatirəsi xalqımız tərəfindən daim böyük qürur və ehtiramla anılır. Şəhidlərimizin ali dəyərləri, gələcək nəsillərə ötürdüyü vətənpərvərlik mirası gənclərə aşılanır, şəhidlərimizin xatirəsini yaşatmaq üçün müxtəlif tədbirlər, fəaliyyətlər icra olunur.