12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı hazırlanmış tədbirlər planı çərçivəsində oğlan könüllülərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq görüşü təşkil olunub. Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən oyunda "Murov" adlı komanda qalib olub. Sonda hər iki komandaya Gənclər və İdman Nazirliyinin fəxri fərmanı təqdim olunub.