Gənclərə seçim və qərar bacarıqları aşılanıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Növbəti seçim, yoxsa əvvəlki qərar?” mövzusunda şəxsi inkişaf təlimi keçirilib. Təlim psixoloq Ayxan Hüseynlinin təqdimatında baş tutub.

Nazirliyin akt zalında keçirilən tədbirdə gənclər şəxsi qərarvermə, öz potensiallarını kəşf etmə və sosial mühitə daha uğurlu inteqrasiya yolları ilə bağlı faydalı biliklər əldə ediblər.

Qeyd edək ki, gənc nəslin intellektual və mənəvi inkişafı muxtar respublikada həyata keçirilən gənclər siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə mütəmadi olaraq müxtəlif təlimlər, layihələr və proqramlar təşkil olunur.