Gənclərimiz təbiətlə vəhdətdə – öncə ekskursiya, sonra təmizlik!

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə "Yaşıl dünya könüllüləri"nin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyası reallaşıb. Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmək və “Yaşıl dünya naminə həmrəylik ili” töhfə vermək istəyən gənclər adıçəkilən məkanla tanışlığın ardınca Batabat ərazisində təmizlik aksiyası keçiriblər.