Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə dəyirmi masa keçirilib. Könüllülər və tələbələrin iştirakı ilə reallaşan dəyirmi masanın əsas müzakirə predmeti gənclərin ekoloji mühitdəki rolu və bu sahədəki fəaliyyətlərinin genişləndirilməsi metodları ilə bağlı olub.
Dəyirmi masada təşkilatçı qurumların nümayəndələri tərəfindən gənclərə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülmüş işlərdən bəhs olunub. Davamlı olaraq təşkil olunan ekoloji aksiyaların birbaşa iştirakçısı kimi gənclərin cəmiyyətdəki faydalı fəaliyyəti təqdir olunub. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərlər və bu konteksdə gənclərin üzərinə düşən öhdəliklər barədə danışılıb.
Gənclərin mövzu ilə bağlı fikir və təklifləri dinlənilib, müzakirələr aparılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti