Naxçıvan şəhərində 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə gənclərin müharibə iştirakçıları ilə görüşü keçirilib. Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onların hərbi xidmətə marağının artırılması, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş qəhrəmanlarımızın döyüş yolunun öyrənilməsi olub.
Görüş zamanı çıxış edənlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, 44 günlük Vətən müharibəsi və digər hərbi əməliyyatlarda qazanılan qələbələrin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü orduları sırasına yüksəlib və dövlət tərəfindən hərb sahəsinin inkişafı daim əsas prioritetlərdən birini təşkil edir. Müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşərək gənclərə vətənə sevgi, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq kimi vacib məqamları aşılayıblar.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, xatirə şəkli çəkdirilib.