Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və aid təşkilatlarla birgə Azərbaycan Gəncləri Gününün Naxçıvanda qeyd olunması məqsədilə hazırlanan “Gənclər həftəsi” proqramının icrası davam etdirilir.
Bu gün “Qloballaşan dünya və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil olunub. Tələbə gənclər təşkilatlarının sədrlərin, könüllü gənclərin, ali və orta təhsil müəssisələri tələbələrinin iştirakı ilə keçirilən tədbirin məqsədi gənclərin şəbəkələşməsinə zəmin yaratmaq, onları müasir çağırışlar istiqamətinə yönləndirmək, gənclər siyasətinin prinsip və xüsusiyyətləri barədə məlumatlandırmaqdan ibarət olub.
Təşkilatçı qurumların nümayəndələri çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti haqqında danışıb, beynəlmiləl konteksdə gənclik mühiti və imkanları barədə fikirlərini bölüşüblər. Sonra iştirakçılarla birgə mövzu ətrafında müzakirələr aparılıb, gənclərin fikirləri, təklifləri dinləlinilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat