Gənclərlə memarlığın gələcək perspektivləri müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində gənclər üçün “Şəhərsalma və memarlığın gələcək perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. YAP Naxçıvan Şəhər Təşkilatının inzibati binasında reallaşan tədbirdə şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar, bu istiqamətdə həyata keçirilən işlər, gələcək perspektivlər və gənclərin sahənin inkişafında rolu barədə fikir mübadiləsi aparılıb. Görüşdə memarlıq ixtisası üzrə təhsil alan tələbələr və gənc könüllülər iştirak ediblər.
Çıxışlarda şəhər mühitinin müasir tələblərə uyğun formalaşdırılması, memarlıq irsinin qorunması, dayanıqlı şəhərsalma prinsipləri və gənclərin bu sahədə peşəkar inkişaf imkanlarından bəhs olunub.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, şəhərsalma və memarlıq sahəsi ilə bağlı müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.