Heydər Əliyevin doğum gününə həsr olunmuş şahmat turnirinə start verilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən silsilə idman tədbirləri keçirilməkdədir. Bu münasibətlə təşkil olunan növbəti tədbir şahmat üzrə muxtar respublika birinciliyi olub.
Mayın 7-də Naxçıvan Şahmat Mərkəzində yarışa start verilib. İki gün davam edəcək turnirdə 60 şahmatçı iştirak edir. Mükafatçılar İsveçrə sistemi üzrə 7 turluq mübarizənin sonunda bəlli olacaq.