Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə könüllü gənclər arasında futzal yarışı keçirilib. Yarışda 4 komanda iştirak edib və komandalar qələbə uğrunda meydanda əzmlə mübarizə aparıblar. Gərgin qarşılaşmaların sonunda isə “Golds” komandası yarışın qalibi adını qazanıb! Qalib komanda Nazirliyin diplomları ilə təltif olunub. Gənclərin asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin və komanda ruhunun təşviqi istiqamətində bu cür idman tədbirlərinin keçirilməsi davam etdiriləcəkdir.
İdman, dostluq, komanda ruhu və bol enerji — könüllü gənclərlə daha bir gözəl gün!
#Naxçıvan #GənclərVəİdman #Könüllülər #Futzal #KomandaRuhu #Gənclik