Könüllü gənclərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan-Sədərək magistral yolunun ətrafında yerləşən “Gənclər bağı”nda və Babək rayonunun Vayxır kəndi ərazisində yerləşən tut bağında ağacəkmə aksiyası keçirilib. Aksiyada könüllü gənclərlə yanaşı, nazirliyin əməkdaşları da iştirak ediblər.
Aksiya çərçivəsində ərazilərə 100-ü badam, 50-si alma olmaqla, ümumilikdə 150 meyvə tingi əkilib.
Məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq sahələrini genişləndirmək, ekoloji tarazlığın qorunmasına dəstək olmaq, həmçinin gənclər arasında ekoloji məsuliyyət və təbiətə qayğı hissini gücləndirməkdir.