Könüllü gənclərin iştirakı ilə növbəti təmizlik aksiyası

5 İyun – Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Naxçıvan şəhərindəki “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksinin ərasizində təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi aksiya “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi ilə reallaşıb.
http://nmys.gov.az/storage/news/June2023/IMG_4364.JPG
Nazirliyin əməkdaşı Valeh Mahmudov aksiya başlanmazdan öncə çıxış edərək muxtar respublikada təbiətin mühafizəsinə göstərilən dövlət qayğısı, bu sahədə gənclərin rolu və görülən işlər barədə danışıb. Qeyd olunub ki, ekoloji problemlərə və ətraf mühitin mühafizəsinə qarşı həssaslıq təbiətə sevgi ilə yanaşmaqdan başlayır. Ənənəvi təmizlik aksiyaları gənclərin muxtar respublikanın təbiəti haqda ətraflı məlumat toplamasına və ona qayğıkeş münasibət göstərmələrinə səbəb olub.
Ardınca aksiyaya start verilib. Zəruri sanitar ləvazimatlarla təmin olunan gənclər tullantıları ərazidən toplayıb, ətrafda səliqə-sahman yaradıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti