Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı “Könüllülər həftəsi” proqramı çərçivəsində daha bir tədbir keçirilib.
Dekabrın 3-ü nazirliyin binasında təlimçi-psixoloq Ayxan Hüseynlinin təqdimatında motivasiya təlimi reallaşıb. Könüllü gənclərin şəxsi inkişafı, onlar arasında müxtəlif sahələr üzrə təcrübə və fikir mübadiləsi aparılmasına şərait yaradılması məqsədilə keçirilən təlim “Məntiq və hisslərin seçimlərimizə təsiri” mövzusunda olub. Tədbirdə mövzu ilə bağlı sorğu aparılıb, iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.
Qeyd edək ki, “Könüllülər həftəsi” dekabrın 5-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.