Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən könüllü gənclərin asudə vaxtının səmərəli təşkili və sağlam həyat tərzinə təşviqi məqsədilə davamlı fəaliyyətlər icra olunmaqdadır. Sentyabrın 3-ü Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində könüllülər arasında voleybol və futzal yarışları keçirilib. Qalib komandaların üzvləri diplomla təltif olunublar.