Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi 5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə bağlı hazırladığı tədbirlər planına uyğun olaraq könüllü gənclərin şəxsi və intellektual inkişafı, vətənpərvərlik ruhunun gücləndirilməsi, asudə vaxtının səmərəli təşkili, o cümlədən fəaliyyətin qiymətləndirilməsi məqsədilə müxtəlif tədbirlər keçiririr.
Dekabrın 3-də könüllülər arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil olunub. Nazirliyin “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında Naxçıvan Şahmat Mərkəzində reallaşan yarışmada 8 komandadan 40 gənc qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən yekun sıralamada rəqiblərini geridə buraxan “NAXGİN könüllüləri” komandası oyunun qalibi olub.
Qeyd edək ki, qalib komandanın üzvləri dekabrın 5-də keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.