Könüllülərə yol hərəkəti ilə bağlı seminar keçilib

Naxçıvan Şəhər Texniki Peşə və Sürücülük Məktəbində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Daxili İşlər Nazirlikləri tərəfindən könüllü gənclər üçün yol hərəkəti qaydaları ilə bağlı seminar təşkil olunub. İştirakçılar həmçinin məktəbin müdavimləri üçün yaradılmış şəraitlə tanış olub, müəllim nəzarətində avtomobil idarə etməklə həm də yol hərəkəti qaydaları barədə praktiki biliklər əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi idarəsinin əməkdaşı, polis kapitanı Ayaz İsmayılov tərəfindən gənclərə əvvəlcə yol hərəkəti qaydaları barədə nəzəri məlumatlar çatdırılıb. müvafiq mövzunu əhatə edən önəmli məlumatlar diqqətə çatdırılıb. Yol hərəkəti zamanı qarşılaşa biləcəyimiz təhlükələr, diqqət etməli olduğumuz məqamlarla bağlı tövsiyələr verilib, son illərdə baş verən müxtəlif ağırlıqlı yol nəqliyyat hadisələri üzərindən misallar göstərilərək hadisəyə səbəb olan faktorlar şərh olunub.

Seminar gənclərin yol hərəkəti qaydalarını mənimsəməsinə, sürücülük, eləcə də təhlükəsizliklə bağlı nəzəri və praktiki biliklər əldə etməsinə zəmin yaradılması məqsədinə xidmət edib.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti