Könüllülərimiz beynəlxalq düşərgədə iştirak edir

Şəki Olimpiya İdman Kompleksində “Azərbaycan-Gürcüstan gənclərinin beynəlxalq yay düşərgəsi” təşkil olunub. Dünən start verilən düşərgənin məqsədi qeyri-formal təhsil alətləri ilə gənclərin beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirmək və mədəniyyətlərarası dialoqun aparılmasını dəstəkləməkdir.
Düşərgədə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən 3 könüllü gəncimiz İnci Məmmədli, Telman Həsənov və Uğur Hüseynovun iştirakı təmin olunur.
Qeyd edək ki, 5 gün davam edəcək düşərgədə gənclərə peşəkar təlimçilər tərəfindən interaktiv seminarlar, master-klaslar təqdim olunacaq. Düşərgədə hər iki ölkəni təmsil edən 120-yə yaxın gənc iştirak edir.