Karyera sərgisində Gənclər və İdman Nazirliyinə 156 müraciət daxil olub

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin (NDU) birgə təşkilatçılığı ilə Karyera sərgisi başa çatıb. Sərginin sonunda qurumların nümayəndələrinə təşəkkürnamə təqdim olunub.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi 4-ü dövlət qulluğunun inzibati vəzifəsi, 21-i qeyri-dövlət qulluğunu əhatə etməklə, sərgiyə 25 vakansiya çıxarıb. İştirakçılar tərəfindən ümumilikdə 156 müraciət daxil olub, 35 CV təqdim edilib. Müraciətçilər nazirliyin fəaliyyət istiqamətlərini özündə əks etdirən broşürlərlə, o cümlədən vakansiyalarla bağlı məlumatla tanış olub, məsul əməkdaşlarımız tərəfindən onları maraqlandıran məsələlələr ətrafında ətraflı şəkildə məlumatlandırılıblar. Sərgi yekunlaşdıqdan sonra müraciətlər daha geniş təhlil olunaraq qanunvericiliyin tələbləri əsasında müvafiq prosedurlar icra olunacaqdır.
 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti