Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
