Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Məcid Seyidov və kollektivin üzvləri Naxçıvan şəhər qəbiristanlığını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini anıb. Vətən uğrunda canından keçən igidlərimizin məzarları önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Gənc nəsilə əsl vətənpərvərlik örnəyi olan övlad yetişdirdikləri üçün şəhid valideynlərinə minnətdarlıq ifadə olunub.