Məcid Seyidov "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" çərçivəsində keçirilən tədbirdə iştirak edib

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" çərçivəsində keçirilən tədbirdə iştirak edib.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (ICYF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə əməkdaşlığı ilə həyata keçirilən “Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına start verilib.
Şuşa şəhərinin 2024-cü il üçün İƏT “Gənclər Paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, İƏT Gənclər Forumu, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nümayəndə heyətləri, müxtəlif qurumların, təşkilatların rəhbər nümayəndələri və 36 ölkədən 150-dən çox gənc iştirak edir.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) ölkələrin inkişafında mühüm rol oynayan, gənclərin bacarıqlarını artırmaq məqsədilə hər il İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən bir şəhəri “Gənclər Paytaxtı” seçir və il boyu bu şəhərdə beynəlxalq tədbirlər təşkil edir. Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında 2024-cü ilin “Gənclər Paytaxtı” seçilən Şuşa şəhəri İslam Əməkdaşlıq Təşkilatının 10-cu “Gənclər Paytaxtı”na ev sahibliyi edəcək.