Məcid Seyidov Ordubadda vətəndaşları qəbul edib

Mayın 27-də Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və qurumun məsul əməkdaşlarının iştirakı ilə Ordubad şəhərində vətəndaşların müraciətlərinə baxılıb. 

Qəbul zamanı vətəndaşların fikir, təklif və şikayətləri dinlənilib. Müraciətlər əsasən, rayon ərazisində idman infrastrukturunun formalaşdırılması, mövcud idman bölmələrinə inventar dəstəyi və digər məsələlərlə bağlı olub. Müraciətlərin bir qismi anında nəzərdən keçirilib, digərləri ilə bağlı müvafiq qeydlər götürülüb, tövsiyələr verilib.  

Nazir müavini vətəndaşların diqqətinə çatdırıb ki, nazirlik aidiyyəti qurumlarla birgə regionlarda gənclik mühitinin yaxşılaşdırılması, ələxsus da bədən tərbiyəsi və idmanın təbliği, əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlərini davam etdirir. Rayon idmançılarının son zamanlar qazandığı uğurlar təqdirəlayiq hal kimi qiymətləndirilib. Əlavə olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Ordubad şəhərini də əhatə edir. Belə ki, Dövlət Proqramına uyğun olaraq cari ilin sonunadək şəhər ərazisində - iki yerdə açıq hava idman qurğularının quraşdırılması nəzərdə tutulub.