Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin Naxçıvanda gənclərlə görüşü keçirilib

 

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevin Heydər Əliyev və Azərbaycanda dövlət gənclər siyasəti” mövzusunda gənclərlə görüşü reallaşıb.

Tədbirdə gənclərlə birgə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov, Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Vətən müharibəsi iştirakçıları və idman ictimaiyyəti nümayəndələri də iştirak edib.

Görüş Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fəaliyyətinin gənclərə aşılanmasına xidmət edib. Tədbirdə çıxış edən Adil Əliyev Heydər Əliyevin həyat və fəaliyyəti, gənclərə verdiyi tövhəsi, gənclərlə bağlı imzaladığı sərəncamlar və mövzu ilə bağlı bir çox məsələlər ətrafında fikirlər səsləndirib, gəncləri maraqlandıran sualları cavablandırıb.

Sonda iştirakçılarla xatirə şəkli çəkilib.