Naxçıvan Hərbi Kollecində “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Konstitusiya və Suverenlik ili çərçivəsində "8 Noyabr – Zəfər Günü"nə həsr olunmuş “Zəfər addımları” adlı idman, zəka və intellektual oyunlar təşkil edilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan yarışlarda Hərbi Kollecin I və II kursunda təhsil alan kursantlar iştirak ediblər. Layihə çərçivəsində turnikdə dartınma, 100 metr məsafəyə qaçış, qol güləşi, stolüstü tennis, mini futbol, voleybol, şahmat, mangala, barikat və intellektual yarışlar üzrə qaliblər müəyyənləşdirilib.
Yekunda fərqlənən kursantlar diplom, fəxri fərman və hədiyyələrlə təltif olunublar.
“Zəfər addımları” layihəsi kursantlarda Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrini və Zəfər Gününün mənəvi dəyərlərini yaşatmaq məqsədinə xidmət edib.