Naxçıvan Hərbi Kollecinin kursantları üçün “Əshabi-Kəhf Ziyarətgahı”na ekskursiya təşkil olunub

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərin dünya görüşünün zənginləşdirilməsi, Azərbaycanın tarixinə, mədəniyyətinə və milli dəyərlərinə bağlılığını artırmaq, o cümlədən Naxçıvanın turizm imkanlarının tanıdılması istiqamətində də müxtəlif tədbirlər həyata keçirir. Ekskursiyalar bu baxımdan gənclərin ən çox maraq göstərdiyi fəaliyyətlərdəndir.
Dekabrın 9-da Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecininin kursantları üçün “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiya təşkil olunub.