Türkiyənin İğdır vilayətində “Uluslararası Nevruz Judo Turnuvası” adlı beynəlxalq turnir keçirilib. 7-11 aprel tarixlərini əhatə edən cüdo yarışına Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 204 idmançı qatılıb.
Ölkəmizi Naxçıvan Muxtar Respublikasının cüdo üzrə yığma komandası təmsil edib. Yığmanın üzvləri 9-u qızıl, 6-sı gümüş və 8-i bürünc olmaqla, 23 medallıq göstərici ilə Naxçıvan cüdosu tarixində ilk dəfə belə yüksək nəticəyə nail olublar.
Yarışa 2 məşqçi və 25 idmançı ilə qatılan komandamızın heyətində Səccad Heydərov (60kq) 2011-2013, Pərvin İsmayılov (38kq) 2013-14, Ədalət Məmməd (30kq), Amin Quliyev (38 kq) 2014-15, Ziya Əsədli 30kq, Mürsəl Qafarlı 26kq, Şahin Quliyev 26kq İlham Nəcəfov 22kq 2015-2016-cı il təvəllüdlülər, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin idmançı polisi Hüseyn Rzayev (81kq) isə böyüklər arasında qızıl medal qazanıblar.
Müvafiq yaş və çəki kateqoriyalarında çıxış edən digər təmsilçilərimizdən Ləman Bağırova, Məhəmməd Əliyev, Əli Cabbarov, Yusif Əsədli, Mətin Salahov, Ayxan Hüseynov ikinci, Yağmur Əlizadə, Sona Bağırova, Sadiq Quluzadə, Adəm Nağıyev, Məhəmməd Ələkbərov və Tunar Hüseynov üçüncü yerə sahib çıxıblar.