Fövqəladə Hallar Nazirliyinin (FHN) Hövsan qəsəbəsində yerləşən İdman Sağlamlıq Mərkəzində cüdo üzrə 21 yaşa qədər gənclər arasında cüdo üzrə ölkə birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan yarışda 62 klub, cəmiyyət və idman təşkilatından olan 216 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Naxçıvan muxtar respublikasından məşqçi Orxan Quliyevin rəhbərliyi ilə və 2 idmançının iştirakı təmin edilib. Onlardan biri ümidləri doğruldaraq mükafatçılar sırasına düşüb. 90 kq çəki dərəcəsində çıxış edən Fuad Əşrəfli bürünc medal qazanaraq fəxri kürsününün üçüncü sırasına yüksəlib.
Qeyd edək ki, idmançı bunadək kiçikyaşlı yeniyetmələr arasında ölkə ikincisi (2017-ci il) olmuşdu.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti