Türkiyədə 46-cı İstanbul Marafonu keçirilib. “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 47-si elit atlet olmaqla ümumilikdə 40 mindən çox insan qatılıb.
İstanbuldakı ənənəvi marafona dördüncü dəfə qatılan atletimiz Əmrah Nağıyev “15 km” kateqoriyası üzrə ilk iyirmiliyə daxil ola bilib. Həmin məsafəni tamamlamaq üçün idmançımız 56 dəqiqə 40 saniyə vaxt sərf edib. Əmrah bu göstərici ilə ümumi sıralamada 18-ci olub.
Əlavə edək ki, bu məsafədə ölkəmizi təmsil edən 5 idmançı arasında ən yaxşı nəticəyə Əmrah Nağıyev nail olub.