Naxçıvan idmançısı Tbilisi Marfonunda uğurlu nəticə göstərib

Gürcüstanın paytaxt şəhərində "Tbilisi Marathon - 2024" adlı marafon təşkil olunub. Tbilisidə 13-cü dəfə keçirilən ənənəvi yarışa 3000-dən çox insan qatılıb. Kütləvi idman layihəsi çərçivəsində 10 km məsafəyə qaçış, yarımarafon (21 km) və uşaq qaçışları (0.5 km; 1.2 km) reallaşıb. Ölkəmizdə, eləcə də  Türkiyə və Gürcüstanda keçirilən marafonların daimi iştirakçısına çevrilən Naxçıvan atleti Əmrah Nağıyev Tbilisidə qatıldığı növbəti marafonun ilk "20"-liyinə düşüb. 

İdmançımız 10 km məsafədə finişə ən tez catan 16-cı iştirakçı olub. Nail olduğu göstəricilər (37:08 dəq) onu 20-25 yaşlılar arasında birinci edib. İdmançımıza marafonun xatirə medalı təqdim olunub.