Naxçıvan karateçiləri açıq turnirdə 28 medal qazanıb

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş karate üzrə açıq turnir keçirilib. Paytaxt Bakıdan, habelə ölkəmizin regionlarından 1000-ə yaxın idmançının qatıldığı turnirdə 3 gün ərzində kata, kumite və komanda-kumite yarışları keçirilib.
Muxtar respublikadadan Naxçıvan Karate Federasiyasının məşqçiləri Taryel Bağırov və Nicat Allahverdiyevin rəhbərliyi ilə 18 idmançı qatılıb.
Təmsilçilərimiz 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla, ümumilikdə 28 medal qazanıb.
İdmançılarımızdan Aysu Abbasova 2 qızıl medala layiq görülüb. Məlahət Həşimli, Fatimə Bağırzadə və Həşim Nağızadə də birincilik sevinci yaşayıb.
Naxçıvan Muxtar Respublikası Gənclər
və İdman Nazirliyinin mətbuat xidməti