Qadın voleybolçulardan ibarət “Naxçıvan” komandası Azərbaycan Super Liqasının ilk turunda inamlı qələbə qazanıb.
Noyabrın 6-da Naxçıvan təmsilçisi Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Azərmaş Abşeron” komandası ilə üz-üzə gəlib. Görüş “Naxçıvan” komandasının 3:0 (25:20, 25:13 və 25:12) hesablı qələbəsi ilə başa çatıb.