Bakı şəhərində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius 86.600” “Fibonacci” intellektual-əyləncəli oyununun yarımfinal mərhələsi keçirilib. Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 6-cı ildönümünə həsr olunmuş yarışda 15 komanda mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Taigete” komandasının yarışda iştirakı təmin olunub. Naxçıvan üzrə mərhələ yarışının qalibi kimi yarımfinalda təmsil olunan komanda bütün rəqiblərini geridə qoyaraq 1-ci yerə sahib çıxıb. Bu nəticə ilə komanda final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, “Taigete” komandası 30 sentyabr tarixində Tərtər şəhərində keçiriləcək final mərhələsində Naxçıvanı təmsil edəcək.