Naxçıvanın “Turan” Döyüş Klubu LFC turnirinin qalibi olub

Aprelin 26-sı Sərhədçi İdman Mərkəzində Naxçıvanın “Turan” Döyüş Klubunun təsisçisi Xəyal Abdullayevin rəhbəri olduğu "LFC" təşkilatının növbəti yarışı keçirilib. Uşaqlar, yeniyetmələr, gənclər və yeniyetmələr arasında ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunmuş MMA və qrapplinq idman növləri üzrə "Legion Fighting Championship - LFC" turnirində 52 klubdan 526 idmançı iştirak edib.
Yarışda Naxçıvanı “Turan” Döyüş Klubunun 30 idmaçısı təmsil edib. İdmançılar həm MMA, həm də qrapplinq idman növlərində güclərini sınayıblar. Nəticədə klub 38 qızıl və 22 gümüş medalla turniri komanda hesabında birinci yerdə tamamlayaraq kuboka sahib çıxıb.