Naxçıvanın zəka sahibləri Bitlisdəki şahmat festivalının qalibləri sırasında

Türkiyə Cümhuriyyətinin Bitlis şəhərində "I Betav Open" Şahmat Festivalı keçirilib. 10 ölkədən 400 zəka sahibi iştirak etdiyi yarışmada muxtar respublila şahmatçıları uğurlu nəticələrə imza atıblar. Təmsilçilərimizdən ikisi qızıl medal qazanıb.
Yüksək reytinqli şahmatçıların mübarizə apardığı "A" qrupunda yarışan zəka sahiblərimizdən Beynəlxalq qrossmeyster Urfan Sevdımalıyev və Beynəlxalq Usta Pərviz Qasımov 3-8-ci yerləri bölüşüblər. Qadın FIDE Ustası Nəsrin Babayeva qadınlar arasında 3-cü yerə sahib olub. Şərur şahmatçısı Xatun Nəcəfova isə "B" qrupunda 3-cü olub.
Bu yaxınlarda keçirilən Malatya turnirinin qalibi olan Avropa çempionumuz Yasin Əzimov (10 yaş) və Lətif Muradlı (12 yaş) budəfəki yarışın da qalibi olublar. Uğur Qəribli 8 və Xanım Rzayeva isə 10 yaşlılar arasında 3-cü olublar. Adıçəkilən şahmatçılarımıza təşkilatçılar tərəfindən kubok, medal və pul mükafatı ilə qiymətləndiriliblər.
Əlavə edək ki, digər təmsilçimiz Mirsaleh Seyidli Mirsaleh beynəlxalq reytinqini 77 vahid artıraraq 2000-lik normanı keçərək ustalığa namizəd (CM) adını qazanıb.