Naxçıvanda “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminar keçirilir

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dərərlərin Təbliği Fondu, Naxçıvan Muxtar Respublikası Cənclər və İdman nazirliyi, Gənclər Fondunun təşkilatçılığı ilə Naxçıvanda keçirilən “Ulu Öndər: Dəyərlərimizin xilaskarı” adlı üçgünlük seminarın açılış mərasimindən əvvəlcə Ümummilli Liderin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. “Naxçıvansaray”da keçirilən açılış mərasimində Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Tədbirdə Mənəvi Dərərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov çıxış edərək bildirib ki, Ulu Öndərin yüz illiyi  münasibətilə bu il Fond tərəfindən Azərbaycanın  bölgələrində ilboyu müxtəlif  tədbirlər həyata keçirilib. Bölgə gəncləri Ulu Öndərin mənəvi dəyərlərimizin qoruyucusu kimi böyük işləri gördüyü barədə məlumatlandırılıb. Dahi Rəhbərin dünyaya gəldiyi Naxçıvanda olmaqdan məmnun olduqlarını bildirən icraçı direktor qeyd edib ki,  naxçıvanlı gənclərlə də Ümummilli Liderin dəyərlərimizin qorunub yaşadılması yolunda xidmətlərindən bəsh edən söhbətləri aparılacaq. Mehman İsmayılov əlavə edib ki, uzun illərdir blokadada olan Naxçıvana Zəfərdən sonra yeni qapılar açılır. Vətən müharibəsində naxçıvanlı gənclər də öz şərəfli borclarını torpaqlarımızı azad edib bu işıqlı  yolun təməlini qoymaqla borclarını yerinə yetirdilər. Həmin gənclərin davamçıları kimi yetişən nəsil də  öz üzərinə düşəni etməyə qadirdir. İşğaldan azad edilən torpaqları ziyarət etdikcə orada necə gözəl dini tarixi abidlərimiz olduğunun və dövlətimizin din fərqi qoymadan həmin abidələrə necə diqqət göstərib düşmənin xarabaya çevirdiyi abidələri bərpa etdiyini gördük. Cənab Ali Baş Komandanın həmin ərazilərdə olanda tarixi abidlərin önündə çıxış etməsi də bu yerlərə böyük dəyər verildiyini təsdiq edir. İşğal dövründə məscidlərimiz və tarixi abidələrimiz dağıdılmışdır. Bu gün onlar hamısı bərpa olunur ki, bunların içərisində kilsələr də vardır. Bu da bizim düşməndən fərqimizi göstərir

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agetliyinin direktoru Vüqar Babayev çıxışında qeyd edib ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycan cəmiyyəti üçün həyatın bütün sahələrində olduğu kimi, din sahəsində də müəyyən pərakəndəlik səciyyəvi idi, 70 illik sovet rejimi dövründə dini insanların zehnindən sıxışdırıb çıxarmaq məqsədilə çox iş görülmüşdü. Ümummilli Liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi dini sahədə də ciddi dönüş yarandı. Qanunlar qəbul edildi. “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir” –  deyən Ümummilli Lider məscidlərə getdi, dini mərasimlərdə iştirak etdi. Dindarlarla görüşdü, dövlətin dinlə bağlı siyasətini müəyyənləşdirirdi. Bu ənənə bu gün də davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda din və vicdan azadlığı tam şəkildə təmin edilib, dindarlar üçün hər cür şərait yaradılıb. Ən ali dəyərimiz olan dinimiz düzgün şəkildə təbliğ edilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Cənclər və İdman nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva, Gənclər Fondunun Cənclər təşkilatları və gənclərlə iş şöbəsinin mütəxəssisi Tural Məmmədzadə çıxış edərək Ulu Öndərin gənclər siyasətindən və mənəvi dəyərlərimizin qorunmasındakı, xidmətlərindən bəhs ediblər.

Sonda “Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür” filmi nümayiş olunub. 

Nahar fasiləsindən sonra qonaqlar Heydər Əliyev Muzeyini, “Heydər” məscid kompleksinin və “Əshabi-Kəhf” Ziyarətgahı Dini Mədəni Abidə Kompleksini ziyarət ediblər.