Naxçıvanda 10 km məsafə üzrə velosiped yarışı təşkil olunub

 

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında velosiped yarışı keçilib. Yarışda yaşı 14-dən yuxarı 50-dən çox həvəskar velosipedçi iştirak edib.

İştirakçılar Heydər Əliyev Muzeyinin qarşısından başlayaraq uzunluğu 10 kilometr olan marşrut üzrə hərəkət edərək Uzunoba gölünün ətrafında müəyyən edilmiş finişədək irəliləyiblər. Finişə ən tez çatan iştirakçı Fərid Tağıyev (00:30:00) olub.

İlk üç yerin sahibləri diplom, medal və hədiyyələtlə mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Elnur Abbasov təqdim ediblər.

Nəticələrə əsasən kişilər arasında Fərid Tağıyev birinci, Yusif Mahmudov ikinci, Aydın Rzayev isə üçüncü olub. Qadınlarda Fatimə Məmmədli qalib adına sahib çıxıb.  Aydan Qasımlı ikinci, Dilan Acar isə üçüncü yeri tutub. Bundan əlavə, oğlanlar arasında ilk beşliyə daxil olan daha iki iştirakçı – Yusif  Ələsgərli ilə Mirkənan Seyidov fəxri fərmanla təltif edilib.

Tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, fiziki fəallığın artırılması, zərərli vərdişlərdən uzaq qalmağın vacibliyinin diqqəyə çatdırılması, həmçinin velosipedin ekoloji baxımdan əlverişli nəqliyyat vasitəsi kimi tanıdılması olub.