Naxçıvan Muxtar Respublikası Gənclər və idman Nazirliyi tərəfindən 12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı müxtəlif tədbirlər təşkil olunub. Gənclərin intellektual inkişafına xidmət edən “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu Naxçıvan Şahmat Mərkəzində reallaşıb.
Nazirliyin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi ilə birgə təşkilatçılığı əsasında keçirilən yarışda 8 komanda iştirak edib. İki turdan ibarət yarışmada ümumilikdə 24 sual səsləndirilib və hər düzgün cavab 1 xalla qiymətləndirilib. Yekun nəticələrə əsasən, 15 xalla "Dezertirlər" komandası yarışmanın qalibi olub. “Harmoniya” və “Dooms Day” komandaları isə müvafiq olaraq II və III yerləri tutmuşlar.