Naxçıvanda ekodüşərgə təşkil olunacaq

COP29 və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında könüllü gənclərin, şagirdlərin iştirakı ilə ekodüşərgə təşkil olunacaq.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər və Təhsil  nazirliklərinin birgə təşkilatçılığı ilə oktyabrın 15-də reallaşacaq düşərgədə müxtəlif təlimlər, intellektual yarışlar, əyləncəli idman oyunları, hiking və təmizlik aksiyası keçiriləcək.