Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan şəhərində müxtəlif idman növləri üzrə açıq hava məşğələləri davam etdirilir.
Layihə çərçivəsində növbəti məşğələ Nuh peyğəmbərin məzarüstü türbəsinin önündə – Naxçıvanqala və Heydər Məscidinin yaxınlığında təşkil olunub. Azərbaycan Karate Federasiyasının Naxçıvandakı nümayəndəliyinin müəyyən etdiyi 20-dən çox idmançı iştirakı ilə keçirilən məşq prosesində texniki fəndlər və fiziki hazırlıq hərəkətləri yerinə yetirilib.
Layihənin məqsədi gənc nəslin tarixi-mədəni irsimizə marağını artırmaq, memarlıq abidələrini tanıtmaq, idmanı və sağlam həyat tərzini təbliğ etməkdir.