Aprelin 2-də oğlanlardan ibarət komandalar arasında keçirilən Azərbaycan çempionatının U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqalarında Naxçıvan üzrə region mərhələsinə start verilib. Aprelin 20-də yekunlaşacaq mərhələdə 42 komandadan ümumilikdə 650-yə yaxın futbolçu iştirak edir. Oyunlar 5 stadionda - Naxçıvan Muxtar Respublika Stadionu, Uzunoba Təlim-Məşq İdman Kompleksi, Şərur Olimpiya Kompleksi, Sədərək rayon və Ordubad şəhər stadionlarında keçirilir. Matçları muxtar respublikadan olan hakimlər idarə edirlər.
Qeyd edək ki, U-13, U-14, U-15 və U-16 liqalarının qalibləri Bakıda təşkil olunacaq ölkə çempionatının pley-off mərhələsinə adlayacaq.