Noyabrın 28-də gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, onları ordu sıralarında xidmətə hazırlamaq, mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, şanlı Zəfər tarixini təbliğ etmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə düşərgədə Naxçıvandan 60 gəncin iştirakı təmin olunub. Bununla yanaşı, Nazirliyin 3 əməkdaşı da gənclərlə birlikdə düşərgədə iştirak edir və fəaliyyətlərin həyata keçirilməsində yaxından iştirak edir.
“Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi noyabrın 30-u yekunlaşacaq.