Avqustun 18-dən 23-dək Azərbaycan və Türkiyə Gənclər və İdman nazirlikləri arasında həyata keçirilən “Gənclərin Mübadilə Proqramı” çərçivəsində 12 nəfərdən ibarət nümayəndə heyətinin tərkibində naxçıvanlı gənc Rəhman Həsənov İstanbul, Bursa və Çanaqqala şəhərlərinə səfər edib. Proqram çərçivəsində İstanbulda “Marmaracık Gənclik Kampı”nda gənclərə “Dəstə liderliyi” və “Qeyri-formal təhsil alətləri” mövzusunda infosessiyalar təşkil olunub. Bursa və Çanaqqalada isə Gənclər Evlərinin fəaliyyəti, burada keçirilən oyunlar, klublar və müxtəlif fəaliyyətlər barədə təcrübə mübadiləsi aparılıb. Səfər müddətində nümayəndə heyəti İstanbul, Bursa və Çanaqqalada yerləşən abidələr, mədəniyyət nümunələri və digər görməli yerləri ziyarət ediblər.