Naxçıvanlı gənc, Naxçıvan Dövlət Universitetinin müəllimi Məhəmməd Seyidzadə Azərbaycan nümayəndə heyətinin tərkibində “Almatı–2025 Türk Dünyasının Gənclər Paytaxtı”nın açılış mərasimində iştirak edib. Qazaxıstanın Almatı şəhərində keçirilən tədbir çərçivəsində "Gənc Liderlər və Sahibkarlar Forumu", "III Çoxtərəfli Gənclər Mübadiləsi Proqramı" və "Gənclər arasında IV Beynəlxalq Festival" təşkil olunub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri tədbirlərdə çıxış edib, türk dünyasının gəncləri ilə fikir mübadiləsi aparıblar.