Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov Şərur şəhərinə işgüzar səfər edib. Nazir müavini rayonun idman infrastrukturundakı vəziyyətlə yerində tanış olub, mövcud imkanlardan səmərəli istifadə və bazanın qorunub saxlanılması yönündə tövsiyyələr verib. Məsul şəxslərin o cümlədən məşqçilərin fikir və təklifləri dinlənilib.
Məcid Seyidov güləş, futbol, ağırlıqqaldırma, voleybol və stolüstü tennis bölmələrində icra olunan məşq proseslərini izləyib, idmançıların hazırlıq səviyyəsi ilə maraqlanıb, onlarla karyera yolu barədə söhbətlər aparıb, tövsiyyə xarakterli fikirlərini bölüşüb.
Səfər çərçivəsində Şərur Olimpiya İdman Kompleksinin kollektivi ilə də görüş keçirilib. Kompleksin ümumi fəaliyyət mexanizmi və qarşıda duran vəzifələr müzakirə olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti