Olimpiadanın ilk rəmzi gedişləri

İlk turda qarşılaşan İran və Özbəkistan komandalarının oyununda şahmat taxtası üzərində ilk rəmzi gedişləri Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla FİDE-nin prezidenti Arkadi Dvorkoviç, “Azərbaycan-Naxçıvan” - Kuba komandalarının oyununda isə Azəbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovla Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Seymur Talıbov ediblər.