Paralimpiyaçımız ölkə ikincisi olub

Bakı şəhərində para-stolüstü tennis üzrə Azərbaycan çempionatı keçirilib. Çempionatda respublikanın 8 regionundan 20-dən çox idmançı iştirak edib. İdmançılar individual və komanda yarışlarında mübarizə aparıblar.
Çempionatda iştirak edən Naxçıvan Paralimpiya Federasiyasının idmançısı, Culfa rayon sakini Camal Həsənov uğurlu nəticələrə imza atıb. O, həm fərdi, həm də komanda yarışlarında ikinci olmaqla gümüş medallara sahib çıxıb.
 
Naxçıvan Muxtar Respublikası Gənclər
İdman Nazirliyinin mətbuat xidməti