Tarixi türbənin önündə gənc rəssamların incəsənət döyüşü

“Şəhərsalma və Memarlıq İli” münasibətilə Kəngərli rayonunun Qarabağlar kəndində gənclərin “VIII Art Battle” rəsm müsabiqəsi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Naxçıvan Müəllimlər İnstitutu ilə birgə təşkil etdiyi yarışma Qarabağlar türbəsinin yerləşdiyi ərazidə reallaşıb.
İştirakçılardan Zəhra Məmmədzadənin yaradıcı işi münsiflər heyəti tərəfindən 1-ci yerə layiq görülüb. Səadət Həziyeva 2-ci, Yasəmən Səfərova isə 3-cü olub. Qaliblərə diplom və hədiyyələr, digər iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.
Ənənəvi müsabiqənin keçirilməsində məqsəd gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, təsviri sənətə marağın artırılması, memarlıq irsinin incəsənət vasitəsilə təbliği olub.